“Qəbələ” Qriqorçukla müqaviləni uzatdı
“Qəbələ” klubu baş məşqçi Roman Qriqorçukla müqavilənin müddətini uzadıb.
Klubdan Axar.az-a daxil olan məlumata görə, ukraynalı mütəxəssis daha bir il klubu çalışdıracaq.
50 yaşlı mütəxəssislə yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017-ci illər mövsümünün sonunda başa çatacaq.
Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014-2015-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.
Mənbə:> Axar.az