“Qəbələ” “Borussiya”ya uduzdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qəbələ” “Borussiya”ya uduzdu

“Qəbələ” “Borussiya”ya uduzdu


Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” doğma meydanda Dortmundun “Borussiya”sını qəbul edib.

Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

Almanların heyətində Obameyanq het-trikə imza atıb (30, 38 və 72 dəqiqələrdə).

“Qəbələ”nin yeganə qolunu hakimin əlavə etdiyi dəqiqələrdə Dodo vurub.

Bu qrupun digər oyununda Rusiyanın “Krasnodar” klubu səfərdə Yunanıstanın PAOK-nun qonağı olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *