“Qəbələ” ilk xalını qazandı
Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” klubu “Bakcell Arena”da Yunanıstanın PAOK kollektivini qəbul edib.
Gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb. Hər iki komanda aktivinə 1 xal yazdırıb.
“C” qrupunda keçirilən digər oyunda Dortmundun “Borussiya”sı öz meydanında Rusiyanın “Krasnodar” klubunu ilə 2:1 hesabı ilə məğlub edib.
İlk turdan sonra “C” qrupunda vəziyyət belədir:
1. “Borussiya Dortmund” (Almaniya) - 3 (xal)
2. “Qəbələ” (Azərbaycan) - 1
3. PAOK (Yunanıstan) - 1
4. “Krasnodar” (Rusiya) - 0
Mənbə:> Oxu.Az