“Qəbələ” argentinalı hücumçu ilə anlaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Qəbələ” argentinalı hücumçu ilə anlaşdı

“Qəbələ” argentinalı hücumçu ilə anlaşdı


“Qəbələ” günün növbəti transferini həyata keçirməyə hazırlaşır. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan PAOK-un hücumçusu Fakundo Abel Pereyranı heyətinə cəlb edir.

Klublar artıq keçidlə bağlı ortaq məxrəcə gəliblər. Razılığa görə, argentinalı futbolçu 2015/16 mövsümünü icarə əsasında “Qəbələ”də keçirəcək. 28 yaşlı oyunçunun hücum xətti ilə yanaşı, yarımmüdafiənin cinahlarında və pleymeyker mövqeyində çıxış etmə bacarığı baş məşqçi Roman Qriqorçukun seçimində əsas rol oynayıb.

Qeyd edək ki, Fakundo Pereyra PAOK-a ötən il Meksikanın “San Luis” klubundan keçib.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *