Bu komanda 125 il sonra Premyer Liqaya yüksəldi
İngiltərə birinci liqasında mübarizə aparan "Bornmut" klubu 125 illik tarixində ilkə imza atıb.
ANS PRESS-in məlumatına görə, komanda növbəti mövsümdən Premyer Liqada oynamaq hüququ qazanıb.
Bu, çempionatın 45-ci turunda "Bolton"la görüşdə rəsmiləşib. Öz meydanında rəqibini 3:0 qalib gələn "Bornmut" ən yaxın izləyicisi "Midlsbro"nu 3 xal qabaqlayıb. Bununla da, "Bornmut" tarixində ilk dəfə Premyer Liqaya vəsiqə qazanıb. Bu turda "Uotford" komandası da Premyer Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, "Bolton" üzərindəki qələbədən sonra komandanın azarkeşləri meydana axışaraq zəfəri bayram ediblər.
Mənbə:> ANSPRESS