Reynaldo dubl etdi, "250" dedi
Topaz Premyer Liqasında 2014/15 mövsümünün 250-ci qolu vurulub.
ANS PRESS-in məlumatına görə, braziliyalının yubiley qolu “Sumqayıt” - “Qarabağ” matçına təsadüf edib.
Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi matçda bərabərlik qoluna imza atan Reynaldo Silva cari çempionatın 250-ci topunun müəllifi olub. Dubla imza atan braziliyalının ilk qolundan sonra turda daha 5 qol vurulub. Beləliklə, 26 turun 103 oyununda vurulan qol sayı 255-ə çatıb. Mövsümün orta məhsuldarlığı 2,48-ə bərabərdi.
Qeyd edək ki, Topaz Premyer Liqasında 2014/15 mövsümünün ilk qolunu Rauf Əliyev vurub. O, “Xəzər Lənkəran”ın heyətində I turun AZAL-la səfər oyununda fərqlənib.
Mənbə:> ANSPRESS