Dünyanın ən bahalı futbol klubu məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Dünyanın ən bahalı futbol klubu məlum oldu

Dünyanın ən bahalı futbol klubu məlum oldu


“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol klublarının dəyəri barədə hesabat hazırlayıb.

ANS PRESS-in məlumatına görə, hesabata əsasən dünyanın ən bahalı 10 futbol klubundan 6-ı İngiltərədədir.

Britaniyanın “Mançester Yunayted” klubu isə siyahıda son zamanlaradək 1-ci yeri tutmuş “Bayern Munhen"i geridə qoyaraq "ən bahalı futbol brendi" adını qazanıb.

Ardıcıl olaraq iki futbol mövsümündə heç bir futbol mükafatı qazanmadığına baxmayaraq, “Mançester Yunayted” brendinin dəyəri artaraq 1.2 milyard dollara çatıb.

Qeyd edək ki, şənbə günü futbol üzrə Çempionlar Liqasının kubokunu qazanmış "Barselona" klubu ötən mövsümlə müqayisədə iki pillə geriləyərək 773 milyon dollarlıq aktivlərlə 10 ən varlı futbol klubu arasında 6-cı yerdə qərarlaşıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *