“Qarabağ” – çempion!
“Qarabağ” futbol klubu ikinci dəfə Azərbaycanın ən güclü klubu oldu.
Oxu.Az xəbər verir ki, Premyer-liqanın 34-cü turunda Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə “Sumqayıt”a qalib gəliblər. Yeganə qolu 33-cü dəqiqədə Leroy Corc vurub.
Bu turda “Qarabağ”ın çempionluğuna yalnız “İnter” mane ola bilərdi - əgər səfər oyununda “Qəbələ”yə qalib gəlsə idi. Lakin həmin görüş 1:1 hesabı ilə başa çatdı.
Finişə iki tur qalmış “Qarabağ”ın 68, “İnter”in isə 60 xalı var.
Mənbə:> Oxu.Az