“Qarabağ” çempionluğun bir addımlığında
Qurban Qurbanovun yetirmələri növbəti qələbələrini qazanıblar.
Topaz Premyer Liqasının 31-ci turunun bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Qarabağ”la doğma meydanda “İnter”i 2:0 hesabı ilə üstələyib.
Hesabı 12-ci dəqiqədə Reynaldo açıb. 49-cu dəqiqədə isə Muarem Muarem ağdamlıların üstünlüyünü iki topa çatdırıb.
Bu nəticə ilə izləyicilərindən bir az da uzaqlaşan Qurban Qurbanovun yetirmələri çempionluğa bir addım da yaxınlaşıb.
Mənbə:> Oxu.az