“Qarabağ” Avropa Liqasında! – VİDEO
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” və İsveçrənin “Yanq Boyz” komandaları arasında cavab oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən oyununda komandamız 3:0 hesabı ilə qalib gəlib.
Hesabı oyunun 4-cü dəqiqəsində penalti zərbəsindən Riçard Almeyda açıb.
43-cü dəqiqədə Reynaldo hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni isə 62-ci dəqiqədə Əfran İsmayılov qoyub.
Xatırladaq ki, bu komandalar arasında İsveçrədə keçirilən ilk oyunda da komandamız minimal hesabla qələbə qazanmışdır.
Beləliklə iki oyunun nəticəsinə görə (“Qarabağ” 4:0 “Yanq Boyz”) Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Mənbə:> Oxu.Az