"Qarabağ" "Neftçi"yə belə qalib gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

"Qarabağ" "Neftçi"yə belə qalib gəldi – VİDEO

"Qarabağ" "Neftçi"yə belə qalib gəldi


Futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirildi.

ANS TV-nin məlumatına görə, həlledici oyunda çempion “Qarabağ” və çempionatı 4-cü pillədə başa vuran kubokun son sahibi “Neftçi” klubları üz-üzə gəlib.

Final matçından öncə möhtəşəm açılış mərasimi təşkil olunub. Daha sonra ölkə kuboku Azərbaycan bayrağına boyadılmış paraşüt meydançaya gətirilib.

Ağdam təmsilçisi matçın 5-ci dəqiqəsində hesabı açıb. Reynaldo cərimə zərbəsindən gözəl qola imza atıb.

Braziliyalı forvard bir də 39-cu dəqiqədə fərqlənib. Reynaldo qapı ilə dueldən qalib ayrılaraq komandasının və özünün ikinci qoluna imza atıb.

Görüşün 78-ci dəqiqəsində meydana sonradan daxil olan Ernest Nfor Qarabağın qapısına yol tapsa da, 5 dəqiqə sonra Muarem Muarem matçın taleyinə aydınlıq gətirib – 3:1

Qurban Qurbanovun komandası bununla da mövsümü qızıl dublla başa vurub.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *