“Qəbələ” “Xəzər-Lənkəran”a 6 qol vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

“Qəbələ” “Xəzər-Lənkəran”a 6 qol vurdu – VİDEO

“Qəbələ” “Xəzər-Lənkəran”a 6 qol vurdu


Bu gün Topaz Premyer Liqasının 7-ci turuna yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “İnter” “Qarabağ”ı qəbul edib. Qurban Qurbanovun yetirmələri 2:0 hesabı ilə qələbə qazanıblar.

“Qarabağ” heyətində Dani Kintana və Reynaldo fərqləniblər.

Oyun həmçinin baş hakim Elvin Əsgərovun kobud səhvi və Qurban Qurbanovun jesti ilə yadda qalıb.

Digər qarşılaşmada “Kəpəz” doğma meydanda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Kəpəz”in heyətində Junior Osvaldo dubla imza atıb, daha bir qolu isə Rəşad Eyyubov vurub. Qonaqlarda isə Uğur Pamuk fərqlənib.

Turun son qarşılaşmasında isə “Qəbələ” doğma meydanda “Xəzər-Lənkəran” darmadağın edib - 6:0.

Oyunda hesabı 8-ci saniyədə Dodo açıb. Bu həmçinin Azərbaycan çempionatları tarixində ən tez vurulan qol kimi tarixə düşüb.

Meydan sahiblərinin heyətində həmçinin Fakundo Pereyra (iki dəfə), Aleksey Qay, Aleksey Antonov və Ermin Zetç fərqləniblər.

Turnir cədvəli:

1. “Qarabağ” – 17 xal (7 matç)
2. “Qəbələ”– 16 (7)
3. “Zirə” – 15 (7)
4. “İnter” – 13 (7)
5. “Neftçi” – 9 (7)
6. “Kəpəz” – 8 (7)
7. “Xəzər-Lənkəran”– 6 (7)
8. AZAL – 4 (7)
9. “Sumqayıt”– 4 (7)
10. “Rəvan” – 2 (7)


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *