"Zirə" qalib gəldi və ilk pilləyə yüksəldi
Azərbaycanın futbol üzrə Topaz Premyer-liqasının 3-cü turunda "Zirə" "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, matçda hesabı 19-cu dəqiqədə İqor İvanoviç açıb.
72-ci dəqiqədə salvadorlu Nelson Bonilya ikinci qolu vurub.
47-ci dəqiqədə "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli meydandan qovulub.
Hazırda turnir cədvəlinə 15 xalla "Zirə" başçılıq edir. Lakin əsas rəqiblər - "Qarabağ", "İnter" və "Qəbələ" öz matçlarını sabah keçirəcəklər.
Xatırladaq ki, dünən AZAL "Rəvanı 1:0 hesabı ilə məğlub etmişdi.
Turnir cədvəli:
1.“ Zirə”- 15 xal (7 matç)
2. “Qarabağ” - 14 (6)
3. “İnter” - 13 (6)
4. “Qəbələ” - 13 (6)
5. “Neftçi” - 9 (7)
6. “Xəzər-Lənkəran” - 6 (6)
7. “Kəpəz” - 5 (6)
8. AZAL – 4 (7)
9. “Sumqayıt” - 4 (6)
10. “Rəvan” - 2 (7)
Mənbə:> Oxu.Az