Azərbaycan çempionatının növbəti oyunları keçirilib – VİDEO
Topaz Premyer Liqasının 2-ci turunun növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “Qəbələ” “Dalğa Arena”da “AZAL”a 2:0 hesabı ilə qalib gəlib.
“Bayıl Arena”da isə “Rəvan” son ölkə çempionu “Qarabağ”a məğlub olub - 1:2.
Hal-hazırda turnir cədvəlinə hesabında 4 xal olan “Qəbələ” və “Qarabağ” başçılıq edir. “Xəzər Lənkəran” və “Zirə”nin 3 xalı var, onlar bu gün ikinci oyunlarını keçirəcəklər.
Lənkəranlılar səfərdə “Sumqayıt” komandasının qonağı olacaq, “Zirə” isə “Kəpəz” ilə qarşılaşacaq.
Turun son oyunu isə avqustun 17 “İnter” və “Neftçi” arasında keçiriləcək.
Mənbə:> Oxu.az