Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib

Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib


Bu gün Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, Tura “Bakı” - “Qarabağ” oyunu ilə start verilib. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmaqla turnir cədvəlində liderliyə yüksəlib.

Paytaxt “AZAL” doğma azarkeşləri önündə “Qəbələ” ilə qarşılaşıb. Bu oyunda tərəflərin hər biri 3 qol vurub.

Zaqatala səfərinə lider kimi yollanan “Neftçi” klubu isə “Simurq”a uduzub.

Turun mərkəzi qarşılaşmasında “İnter” və “Xəzər Lənkəran” komandaları üz-üzə gəlib. Bu oyunda cənub təmsilçisi “İnter” qarşısında aciz qalıb.

Qeyd edək ki, “Araz Naxçıvan” klubu fəaliyyətini dayandırdığı üçün “Sumqayıt” bu tur istirahət edib.

“İnter” – “Xəzər Lənkəran” - 3:1
Qollar: Junior Nildo, 9 (1:0), Mikel Alvaro, 18 (2:0), 74 (3:0), Fernando Qabriel, 90+3 (3:1)


“Bakı” – “Qarabağ” - 2:4
Qollar: İnnosent Emeqara, 6 (0:1), Nuran Qurbanov, 10 (1:1), İnnosent Emeqara, 15 (1:2), Risto Ristoviç, 36 (2:2), Reynaldo, 70 (2:3), Leroy Corc, 78 (2:4)

AZAL – “Qəbələ” - 3:3
Qollar: Laşa Kasradze, 23-avtoqol (0:1), Eduardo Makiel, 32 (1:1), Viktor İqbekoyi, 50 (2:1), Markinyos, 70 (2:2), Freddi Mombonqo, 80 (3:2), Cavid Hüseynov, 87-pen (3:3)

“Simurq” – “Neftçi” - 1:0
Qol: Draqan Çeran, 18-pen (1:0)

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *