"Qarabağ" zirvəni ələ keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" zirvəni ələ keçirdi

"Qarabağ" zirvəni ələ keçirdi


Bu gün Topaz Premyer Liqasında IX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə azarkeşlər bir-birindən maraqlı qarşılaşmalara şahidlik edib.

Belə ki, 2 matçı təxirə salınan və liderliyini qorumağa çalışan “İnter” səfərdə “Neftçi”nin qonağı olub. Paytaxt derbisinə çıxan “bankirlər” qələbə qazanıb, dövrənin qalibi olmaq niyyətində idilər. Lakin “flaqman” Kaxaber Sxadadzenin yetirmələrinin niyyətini gözündə qoyub. Oyun 0:0 hesabı ilə başa çatıb.


Ardıcıl 4 qələbə qazanan Ağdam klubu isə Tofiq Bəhramov adına Respublika stadionunda 2014-cü ildə 2 dəfə uduzduğu “Xəzər Lənkəran”ı qəbul edib. Matça yaxşı başlayan Qurban Qurbanovun komandası fasiləyə qədər cənubluları 3 dəfə mərkəzə dəvət edib. Lakin qonaqlar ikinci yarıda daha 2 dəfə fərqlənməyi bacarıb. Hesab arasındakı fərqi 1 topa endirən “Xəzər Lənkəran”ın bundan başqasına gücü çatmayıb.

Beləliklə, rəqibini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” xalını 17-yə çıxarıb və turnir cədvəlində liderliyi ələ keçirib.

Qeyd edək ki, turun açılış günü “Qəbələ” evdə “Sumqayıt”a 3:1, “Bakı” AZAL-a 1:0, “Simurq” “Araz Naxçıvan”a 4:0 hesabı ilə qalib gəlib.


Topaz Premyer Liqası
IX tur
26 oktyabr (bazar)
“Neftçi” – “İnter” - 0:0
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Azər Əsgərov, Teymur Fərhadov
"Bakcell Arena"

NEFTÇİ: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 9. Flavinyo (k), 10. Julius Vobay, 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 11. Nikolas Kanales, 8. Elşən Abdullayev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 28. Emin Mehtiyev
Baş məşqçi: Arif Əsədov

İNTER: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Nildo Fransa Junior, 15. Yoan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Slavço Georgiyevski, 7. Abdulla Abatsıyev, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 28. Baçana Sxadadze,
Baş məşqçi: Kaxaber Sxadadze


“Qarabağ” – “Xəzər Lənkəran” - 3:2
QOLLAR: İnnosent Emeqara,19-pen; 28, Cavid Tağıyev, 33 - Qalin İvanov, 53, Rauf Əliyev, 56
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Xəlil Hüseynli
Tofiq Bəhramov adına Respublika stadionu

QARABAĞ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 8. İnnosent Emeqara, 18. İlqar Qurbanov, 24. Admir Teli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 33. Şəhriyar Əliyev
Baş məşqçi: Qurban Qurbanov

XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 63. Alfred Sanko, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Rəşad Sadiqov, 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *