“Hakim söyüş söyürdü” - “İnter”-Qarabağ” qarşılaşmasında » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

“Hakim söyüş söyürdü” - “İnter”-Qarabağ” qarşılaşmasında – VİDEO

“Hakim söyüş söyürdü” - “İnter”-Qarabağ” qarşılaşmasında


"İnter"in qapıçısı Georgi Lomaya Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Ağır oyun alındı. Çünki "Qarabağ"a qarşı oynayırdıq. Bu komandanın gücü hər kəsə yaxşı bəllidir. Onlar avrokuboklarda da uğurlu çıxış edirlər.

- "İnter"in birinci hissədə həddən artıq zəif çıxış etməsinə, rəqib qapısı qarşısında heç bir epizod yarada bilməməsinə nə səbəb oldu?

- Bəli, ilk yarını zəif keçirdik. Bunun da nəticəsi olaraq qol buraxdıq. İkinci hissə bizim üçün daha yaxşı alındı.

- Bu oyunun ən mübahisəli epizodu sizin meydandan qovulmağınız və qapınıza penalti təyin edilməsi oldu...

- Mən Reynaldoya toxunmamışdım. Sadəcə, topu götürdüm. Bütün stadion da orada heç bir qayda pozuntusunun olmadığını gördü. Yalnız Elvin Əsgərov özü üçün orada nəsə tapdı. Həmişə necə hakimlik edirdisə, bu gün də elə çalışdı. Belə hakimlər həvəskarların liqasında işləməlidir. Amma heç onlar da belə hakimləri qəbul etməzlər.

- Siz ona etirazınızı çox çılğın şəkildə bildirdiniz...

- Mən ona izah etmək istəyirdim ki, orada qayda pozuntusu yox idi. Amma o, penalti təyin edib, mənə qırmızı vərəqə göstərdi. Həm də bu hakim özü söyüş söyürdü.

- Söyürdü?

- Bəli, söyüş söydü. O, Zurab Xizanişvilini niyə qovdu? O, sadəcə, əllə jest etdi, hakimin qərarından təəccübünü bildirdi.

- "Qarabağ"ın penaltini qəsdən "qaçırması" sizi təəccübləndirmədi?

- Xeyr. Onlar bunu qəsdən etdilər. Onlar da göstərdilər ki, hakim səhv qərar qəbul etdi. Referi "Qarabağ"ın qapısına penalti təyin etməliydi. Hansı ki, epizodların birində top rəqib futbolçunun əlinə dəymişdi.


Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *