“Qarabağ”dan fantastik jest » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

“Qarabağ”dan fantastik jest – VİDEO

“Qarabağ”dan fantastik jest


Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” matçında qonaqlar inanılmaz jest ediblər.

AzNews.info futbolinfo.az-a istinadən xəbər verir ki, görüşün 88-ci dəqiqəsində baş hakim Elvin Əsgərovun meydan sahiblərinin qapısına təyin etdiyi penaltini Elvin Məmmədov bilərəkdən qapıdan kənara göndərib.

Baş hakimin hadisə yerindən uzaq olması, köməkçilərinin isə ona heç nə deməməsi, gürcü qapıçının sonuncu ümid qolu kimi dəyərləndirilərək, meydandan qovulmasını şərtləndirib.

Nəticədə, bütün əvəzetmələrdən istifadə etmiş “İnter”in qapısına 7 nömrəli futbolçu Nika Kvekveskiri keçib.

Lakin gürcü yarımmüdafiəçi az sonra topu qapısında görüb. Reynaldonun zərbəsi qarşısında Kvekveskiri “ağ bayraq” qaldırıb.

Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən penalti epizodunu belə şərh edib:

“Penaltidə özüm şübhəli qaldım. Epizoda hakimdən daha yaxın idim. Oyundan sonra Reynaldodan da dəqiqləşdirdim. Etiraf etdi ki, penalti yox idi. Bizə bu cür qələbələr lazım deyil. Ancaq çox dərinə varmayaq. Bu cür hallar olur. Buna görə də qərara aldıq ki, penaltini vurmayaq”.

Qeyd edək ki, oyun 2:0 “Qarabağ”ın xeyrinə başa çatıb.



Mənbə: Futbolinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *