Rəşad Sadıqov: Oyunlara yaxşı hazırlaşa bilmirik » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Rəşad Sadıqov: Oyunlara yaxşı hazırlaşa bilmirik

Rəşad Sadıqov: Oyunlara yaxşı hazırlaşa bilmirik


AzNews.info xəbər verir ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqamızın 12-ci turunda səfərdə “Bakı”ya qalib gəldikləri (4:2) oyundan sonra qol.az saytının suallarını cavablandırıb.

- Əvvəlcə “Bakı” ilə qarşılaşma haqda fikirlərini bilmək istərdik.

- “Bakı”nı yaxşı analiz etmişdik. “Neftçi” ilə yoldaşlıq oyunlarını izləmişdik. “Bakı” çempionatın ən maraqlı komandalarından biridir. Bilirdik ki, oyun ağır olacaq. Doğrudan da çox çətin qarşılaşma oldu.

- Rəqib futbolçular hakim idarəçiliyindən narazı qalıblar.

- Bir neçə mübahisəli epizod var idi. Ancaq heç birini yaxından görməmişəm. Oyunun videoyazısına baxandan sonra dəqiq nəsə demək mümkündür.

- Sanki rəqib sizi daha yaxşı analiz etmişdi.

- Belə deməzdim. “Bakı” ilk oyunda da bizə çətin anlar yaşadıb. Doğrudan da, rəqibimiz yaxşı komandadır. İlk hissə qarşlıqlı hücumlar şəraitində keçdi. Heç bir komanda qapalı futbol oynamadı. Ona görə də qol epizodları çox oldu.

- Sıx qrafiklə oyunlar keçirmək sizə çətinlik yaratmır ki?

- Bəli, son zamanlar bir az çətinlik çəkirik. Çünki normal qaydada məşq etmək imkanımız da olmur. Bunun problemlərini isə oyunlarda yaşayırıq. Adətən oyuna bir həftə əvvəldən hazırlaşırsan, rəqibi düzgün analiz edirsən, ancaq hazırda oyunlara yaxşı hazırlaşa bilmirik.

- Milli komandamızın baş məşqçi vəzifəsinə 50-dən çox namizədlə danışıqar aparıldığı bildirilir onların hamısı əcnəbidir. Millimizin kapitan kimi hansı ölkədən olan mütəxəssislə çalışmaq istərdin?

- Mənim üçün yeni baş məşqçinin fərqi yoxdur. Millinin futbolçusuyam, kimi məsləhət bilsələr, onunla işləyəcəyik. Hiss olunur ki, millimizə yaxşı mütəxəssis gətirmək üçün AFFA rəhbərliyi çox çalışır, seçim etməkdə tələsmirlər. Məncə, tələsməməkdə düz edirlər. Yəqin ki, komandamızı ən layiqli namizəd çalışdıracaq.

- Norveçlə qarşılaşmada Mahmud Qurbanov “Qarabağ”ın iki futbolçusunu - Qara Qarayev və Bədavi Hüseynovu start heyətdə meydana daxil etmədi. Bu, mütəxəssislər tərəfindən tənqid olundu. Bu haqda sən nə deyə bilərsən?

- Mahmud Qurbanovun qərarına müdaxilə etmək düzgün deyil. Qara oynamırdısa, Ruslan Abışov oynayırdı, Bədavinin əvəzinə Elvin Yunuszadə meydanda idi. Burada seçim etmək bir qədər çətindir. Norveç futbolçuları ucaboyludurlar, atletik oyuna üstünlük verirlər. Ola bilər ki, bu səbəbdən Mahmud müəllim ucaboy futbolçulara şans vermişdi.

Mənbə: Qol.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *