UEFA “Qarabağ”ın “cəlladlarını” bağışladı
Keçən ilin dekabr ayında “Qarabağ”a, Milan “İnter”i ilə oyunda hakimlik edən Çex orbitri Miroslav Zelinka və onun köməkçisi Ondrey Pelikan UEFA-dan yeni təyinat alıblar.
Oxu.Az xəbər verir ki, onlar Avropa Liqasının 3-cü raundunda “Aberdin” (Şotlandiya) və “Kayrat” (Qazaxıstan) arasında keçiriləcək matça hakimlik edəcəklər.
Matç avqustun 6-da baş tutacaq.
Xatırladığınız kimi, “Qarabağ” “İnter”in qapısına əlavə vaxt zamanı qol vurmuşdu, amma Pelikan yanlış olaraq ofsayd olduğunu qərara almışdı, Zelinka isə yan cinah hakiminin qərarını təsdiqləmişdi.
Həmin qol “Qarabağ”ı Avropa Liqasının play-off-una çıxara bilərdi.
Mənbə:> Oxu.Az