Karpov erməniləri rüsvay etdi
Şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov 1989-cu ildə şahmat Tacı uğrunda həlledici qarşılaşmada Harri Kasparovla mübarizə aparmaq uğrunda iddiaçıların finalında ona rüşvət təklif edildiyini bildirib.
ANS PRESS-in məlumatına görə, rusiyalı beynəlxalq qrossmeyster erməni Tiqran Petrosyanın arvadının vasitəsi ilə Viktor Korçnoyu məğlub etdiyini də dilə gətirib.
"Korçnoyun arvadı erməni idi. Ailəlikcə dostluq edirdilər. Petrosyanın arvadı Korçnoyun arvadını dilə tutaraq, bu hiyləgərliyə əl atmağa sövq etmişdi. 1962-ci ildə iddiaçıların matçında Korçnoy məhz arvadının təzyiqinin nəticəsində Petrosyana oyunu hədiyyə etmişdi", - deyə Karpov bildirib.
Anatoli Yevgenyeviç 1989-cu ildə Yan Timmanla iddiaçıların final görüşünə dair də şok açıqlama verib: "Hollandiyalı ilə matç öncəsi onun sponsorlarından biri birbaşa sual verdi: "Əgər Kasparovla matçlardan bezmisinizsə, Yanla matçda məğlubiyyətinizin qarşılığını ödəməyə hazıram. Nə qədər istəyirsiniz?". Onun təklifini qətiyyətlə rədd etdim. Çünki belə bir hərəkətə yol versəydim, özümə hörməti itirərdim".
Mənbə:> ANSPRESS