Kremlə atom zərbəsi planı
1947-ci ildə Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçil SSRİ-yə atom bombası zərbəsinin endirilməsi tələbi ilə ABŞ-a müraciət etmişdi
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) açıqlamsında bildirilir.
FTB-nun məlumatına görə, Çörçil hesab edirdi ki, SSRİ-yə atom bombası ilə zərbə endirməklə soyuq müharibəyə son qoyulacaq.
Belə ki, 1947-ci ildə ABŞ-ın respublikaçı senatoru Staylz Bridces Britaniyada səfərdə olarkən Çörçil onun vasitəsilə tələbini rəsmi Vaşinqtona çatdırıb.
Çörçilə görə, Bridcesdən ABŞ-ın o dövrkü prezidenti Harri Trumeni Kremlə atom bombası atması və bunun nəticəsində Qərbdə kommunistlərə ağır zərbə endiriləcəyi barədə inandırmasını istəyib.
"Çörçil dedi ki, bombanı birbaşa Kremlə atmaq lazımdır. O zaman Rusiyanı heç kim idarə etməyəcək. Əgər belə edilməzsə, Rusiya özü 2-3 ilə atom bombası əldə edəcək və ABŞ-a hücum edəcək", deyə FTB-nun məllumatına bildirilir.
Mənbə:> ANSPRESS