İranda ukraynalı casus tutuldu
İranda Ukrayna vətəndaşı saxlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Associated Press agentliyi xəbər yayıb.
Bildirilir ki, Ukrayna vətəndaşı Buşehr Atom Elektrik Stansiyasında casusluq edərkən tutulub.
Özünü ekpert kimi təqdim edən Ukrayna vətəndaşı AES-də müqavilə əsasında işləyən rusiyalı mütəxəssislərlə stansiyaya daxil olub. Lakin onun hansı şəraitdə və necə tutulmağı barədə hər hansı məlumat verilmir. Ukrayna vətəndaşının adı açıqlanmır.
Qeyd edək ki, İran tərəfi bəyan edib ki, rəsmi Tehran nüvə proqramından dinc məqsədlər üçün istifadə etməyi nəzərdə tutur.
Mənbə:> ANSPRESS