Rusiyaya hərbi zərbə
Rusiya Əfqanıstan Silahlı Qüvvələri üçün çoxməqsədli Mi-17B-5 vertolyotlarının satışını başa çatdırıb. Bundan sonra Əfqanıstan Rusiyadan vertolyot almayacaq.
ANS PRESS-in xəbərinə görə, bu barədə "Rusiyanın Vertolyotları" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Texnikanın Əfqanıstana çatdırılması üzrə müqavilə "Rosoboroneksport" şirkəti ilə ABŞ arasında 2011-ci ildə bağlanıb. Sonra razılaşmaya bir neçə əlavələr edilib. 2014-cü ilin fevralında razılıq əsasında əfqan hərbçilərinə Mi-17B-5-in növbəti partiyası çatdırılıb. Ümumilikdə, Əfqanıstanın Hərbi Hava Qüvvələrləri Kazan zavodunda istehsal edilmiş 63 vertolyot alıb.
Xatırladaq ki, həmin dövrdə bir neçə amerika siyasətçisi vətəndaş müharibəsinin getdiyi Suriyada Başar Əsədin rejimi barəsində Rusiya hakimiyyətinin tutduğu rəsmi mövqeyə görə ABŞ-ın "Rosoboroneksportom"la əməkdaşlığına qarşı çıxıb. Buna baxmayaraq, Pentaqon əfqan hərbçilərinin təchizatı üzrə planlarını müdafiə edib.
Mənbə:> ANSPRESS