Pentaqon rəhbəri: müharibəyə girməyəcəyik
Vaşinqton Ukraynadakı vəziyyətə görə Rusiya ilə hərbi qarşıdurmaya getməyəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ Müdafiə Naziri Çak Heygel CNN-nə müsahibəsində deyib.
Pentaqon rəhbəri Rusiyanı “gərginliyin artmasına gətirib çıxaran çox təhlükəli addımlar atmaqda” davam etməkdə günahlandırır. Bununla bərabər Heygel qeyd edib ki, “Biz buna görə Rusiya ilə hərbi addımlar atmıyacaq, Rusiyaya qarşı müharibə etməyəcəyik”.
Nazir eləcə də ABŞ administrasiyasının Ukraynadakı vəziyyətdə tutduğu mövqeyi müdafiə edib. Onun sözlərinə görə böhranın həllində diplomatik yolların olmadığı barədə heç bir əsas yoxdur.
Mənbə:> ANSPRESS