Moldovalı futbolçu Azərbaycanı biabır etdi
"Turan"ın sabiq yarımmüdafiəçisi Valeri Onile Azərbaycan karyerasından danışıb.
Azerisport.az xəbər verir ki, o, Moldova mətbuatına açıqlamasında o, maraqlı açıqlama verib:
"Bizi "Neftçi"nin sabiq baş məşqçisi (Nizami Sadıqovu nəzərdə tutur) çalışdırırdı. Oyunların birində onun keçmiş komandasını qonaq edirdik. Onlar çempionluq uğrunda mübarizə aparırdılar. Bizə öncədən oyunu uduzacağımıza dair heç bir söz deməmişdilər. Amma oyuna çıxarılan start heyət hamını təəccübləndirmişdi. Çünki meydana çıxanların çoxu əvəzedici heyətdə olanlar, oynamayanlar idi. Ən maraqlısı onda idi ki, ilk hissədən sonra biz 2:0 öndə idik. Paltardəyişmə otağına gedəndə gördük ki, baş məşqçimiz rəngi qaçmış halda oturub. O, bizə dedi ki, "uşaqlar, kömək edin, bu gün uduzmalıyıq, amma heç kimi şübhələndirməmək şərtilə". Nəticədə, biz həmin oyunu 2:3 hesabıyla uduzduq (xatırladaq ki, sözügedən matç 2009-cu ilin 5 dekabr tarixində baş tutub). Təbii ki, təcrübəli futbolçular meydana çıxıb, bu "şou"da iştirak etmək istəmirdilər. Onlar baş məşqçiyə etirazlarını da açıq-aşkar bildirdilər".
Mənbə:> Azerisport.az