Azərbaycan boksda üç qızıl medal qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Boks

Azərbaycan boksda üç qızıl medal qazandı

Azərbaycan boksda üç qızıl medal qazandı


Avropa Oyunlarında boksçuların final döyüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, artıq idmançılarımız dörd finaldan üçünü başa vurublar.

Albert Səlimov (60 kq) fransız Sofian Oumixə, Pərviz Bağırov isə (69 kq) rusiyalı Aleksandr Besputinə qalib gəlib.

Digər boksçumuz Abdulqadir Abdullayev isə (91 kq) final döyüşünü keçirmədən qalib elan olunub - onun döyüşməli olduğu erməni əsilli Ukrayna boksçusu Qevorq Manukyan sağlamlığı ilə əlaqədar rinqə çıxmayıb.

Xaybulla Musalov (75 kq) finalda irland Maykl O'Reyliyə məğlub olub və gümüş mükafat qazanıb.

Beləliklə, Azərbaycanın hazırda 21 qızıl, 15 gümüş və 20 bürünc medalı var.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *