Azərbaycan Avropa Oyunlarında 13-cü qızılını qazandı
Avropa Oyunlarında kişilər arasında 80 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Radik İsayev final görüşünə çıxıb.
Trend-in məlumatına görə, finalda rusiyalı Vladislav Larinlə qarşılaşan təmsilçimiz rəqibindən güclü olub - 4:3.
Beləliklə, R.İsayev Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı qazandırıb. Ümumilikdə, bu, idmançılarımızın Oyunlarda əldə etdiyi 30-cu medaldır (13 qızıl, 5 gümüş, 12 bürünc).
Qeyd edək ki, taekvandoçumuz finala gedən yolda 1/4 final mərhələsində niderlandlı Yeroen Vanroiy və yarımfinalda slovakiyalı İvan Konrad Traykoviçə müvafiq olaraq 8:6 və 17:2 hesabı ilə qalib gəlmişdi.
Mənbə:> Trend