Mariya Stadnik finalda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş, Video

Mariya Stadnik finalda – CANLI

Mariya Stadnik finalda


Bakı 2015 birinci Avropa Oyunlarında qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi, Olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dörqat Avropa çempionu Mariya Stadnik yarımfinal mərhələsində polşalı İvona Matkovska ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, M.Stadnik rəqibindən daha üstün güləş nümayiş etdirərək vaxtından əvvəl 8:2 hesabı ilə tam qələbə qazanıb və Avropa Oyunlarının qızıl medalı uğrunda finalda mübarizə aparmaq hüququ əldə edib.

Digər təmsilçimiz 55 kq çəki dərəcəsində Nataliya Sinişin yarımfinalda İsveç güləşçisi Sofia Mattson ilə qarşılaşıb. N.Sinişin güclü isveçli rəqibinə müqavimət göstərməsinə baxmayaraq, təmsilçimiz final görüşündə iştirak etmək hüququ qazana bilməyib və 5:6 hesabı ilə məğlub olub.

11:10

Mariya Stadnik və Nataliya Sinişin növbəti mərhələdə

AzNews.info Trend-ə istinadən xəbər verir ki, qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. M.Stadnikin 1/4 finaldakı rəqibi Fransa güləşçisi Julie Sabatie olacaq.

Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.

60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarının bürünc medalçısı Yuliya Ratkeviç isə təəssüf ki 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə məğlub olub.

10:27

Bu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst üsuldə güləş yarışlarına start verilir.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, Azərbaycandan olan qadın güləşçilərin yarışmasında bu gün medalların sahibləri bəlli olacaq.

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparır.

48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (POR)

55 kq
1/8 final - Patrizia Liuzzi (İTA) - Nataliya Sinişin

60 kq
1/8 final - Yuliya Ratkeviç - Taybe Yusein (BUL)

69 kq
1/8 final - Nadya Muşka - Nataliya Vorobyova (RUS)

Qeyd edək ki, yarışların ilk iki günündə güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *