Azərbaycan 12-ci qızılını ruslar üzərində qələbə ilə qazandı
Azərbaycan taekvondoçusu Milad Harçeqani Avropa Oyunlarının çempionu olub.
Taekvondoçumuz finalda rusiyalı Albert Quana 9:4 hesabı ilə qalib gəlib. Bununla da Azərbaycanın Avropa Oyunlarında qazandığı qızıl medalların sayı 12-yə çatıb.
80 kq dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuzun rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0.
Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub.
Qeyd edək ki, Avropa Oyunları çərçivəsində Azərbaycanın yarışlarda iştirak etmiş taekvondoşçularından 4-ü yüksək nəticə göstərib. Artıq iki taekvondoçumuz - Ayxan Tağızadə və Mİlad Beiqi Harçeqani qızıl, Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medal qazanıb (apasport).
Mənbə:> Oxu.Az