Ayxan Azərbaycana 11-ci qızıl medalı qazandırdı
Həmyerlimiz finalda polşalı Karol Robakla üz-üzə gəlib.
Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında 68 kiloqram çəki dərəcəsində taekvondo yarışlarında mübarizə aparan Ayxan Tağızadə final görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, Ayxan finalda polşalı Karol Robakla üz-üzə gəlib.
Görüş taekvondoçumuz üçün yaxşı başlamasa da, uğurla yekunlaşıb. 19 yaşlı idmançımız 2 xal geri (1:3) düşdükdən sonra 5 xal irəli keçib. Lakin o üstünlüyünü qoruya bilməyib və rəqib status-kvonu bərpa edib. Qalib qızıl xalla müəyyənləşib ki, burada da Tağızadə dəqiq olub – 10:9. O, bununla da inamlı qələbə sayəsində taekvondo komandamıza qızıl medal qazandırıb.
Bu yığmamızın 11-ci “qızıl”ı, ümumilikdə isə komandamızın 23-cü mükafatı olub.
Mənbə:> Oxu.Az