Avarçəkmə üzrə Macarıstan dominantlıq edir
Kür İdman və Avarçəkmə mərkəzində 3 gün ərzində keçirilən avarçəkmə yarışlarında 5 qızıl və 5 bürünc medal qazanmaqla Macarıstan bu idman növündə mütləq medal üstünlüyünə malikdir.
AzNews.info xəbər verir ki, Danuta Kozak (HUN) qadınların arasında demək olar ki bütün qızıl medalları qazanıb. Kozak 500m məsafəyə kayak təklər və 500m məsafəyə kayak dördlükdə qızıl medala yiyələnib. O, həm də 200m kayak təklərin yarışında bürünc medal əldə edib.
Daha bir macarıstanlı idmançı Miklos Dudas (HUN) Olimpiya çempionu Ed Makkeveri (GBR) geridə qoyaraq 200m məsafəyə kişilər arasında təklərin yarışında qızıl medala yiyələnib. Ed Makkever isə bu yarışda yalnız üçüncü ola bilib.
Əgər ölkələr hər bir yarışa birdən artıq idmançı göndərə bilsəydi Macarıstanın dominantlığı daha artıq olardı.
Macarıstanda yarışlar çox çətindir. Beynəlxalq yarışlara vəsiqə qazanmaq həddən artıq çətin başa gəlir. Buna görə Macarıstan avarçəkmə idmanında çox öndədir. Heç vaxt məşqi buraxmaq olmaz. Hər gün çox işləməliyik.
-Miklos Dudas
-Miklos Dudas
Yarışın ikinci günü kişilərin yarışında Maks Hoff (GER) və Sebastian Brendel (GER) 1000m məsafəyə kayak yarışlarında müvafiq olaraq qızıl və gümüş medal qazanıblar.
"Mən çox xoşbəxtəm, çünki medalı başqası da qazana bilərdi lakin mən qazandım", – ikinci qızıl medalını qazanmazdan əvvəl Hoff deyib.
Azərbaycanın gümüş medalı
Mingəçevirdə çay sahilində bugün ən gurultulu alqışlar Valentin Demyanenko (AZE) üçün səslənib. 200m məsafəyə kişilər arasında kanoe təklərin yarışında Valentin saniyənin 1/800 qədər geri qalaraq gümüş medal qazanıb.
"Qızıl medal qazanmaq çox istəyirdim. Lakin istəyimi yerinə yetirə bilmədim. Eybi yox, gümüş qazandım, hər şey çox gözəldir” – Ukrayna əsilli idmançı deyib.
Kür çayı marşrutunda ən yadda qalan iştirakçılardan biri də Belarus idmançısı Marina Litvinçukun (BLR) çıxışı olub. O, 200m məsafəyə qadın cütlər arasında qızıl medalı qazandıqdan cəmi 50 dəqiqə sonra 5000m məsafədə yarışmaq üçün yenidən qayığına qayıdıb.
Bugün ilk yarışdan əvvəl özümü çox yaxşı hiss edirdim. Yarışdan sonra isə yoruldum daha sonra dopinq nəzarətindən keçməli oldum. O da məni yordu lakin məşqçim yenidən yarııçmağa güc tapmağıma kömək etdi.
-Marina Litvinçuk
Yarışların sonuncu günüdə Melani Gebhartın (GER) qayıqdan devrilərək suya yıxılması və yarışı başa vura bilməməsi Almaniyanın üzüntüsünə səbəb olub.
Mənbə:> AzNews.info