Bakı-2015: Azərbaycan yığmasının üzvü finala vəsiqə qazanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Bakı-2015: Azərbaycan yığmasının üzvü finala vəsiqə qazanıb

Bakı-2015: Azərbaycan yığmasının üzvü finala vəsiqə qazanıb


Azərbaycanın avarçəkmə yığmasının əsas medal ümidi olan Valentin Demyanenko finala vəsiqə qazanıb.

AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, idmançımız ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb və 38,978 saniyə nəticə ilə birinci yeri tutub.

Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazanıb.

Digər təmsilçimiz, kayakla 500 metr məsafədə finala yüksələn İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub. O, bu nəticə ilə yarımfinala yüksəlib. Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış edəcək.

11:21

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medallar sahibini tapıb.

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.

Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsində qatılan 9 cütlük arasında 8-ci olublar.

İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilrin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

10:21

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşəcək. Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medallar sahibini tapacaq.

AzNews.info-Apasport.az-a istinadən xəbər verir ki, kişilərin 1000 m məsafəyə həm kanioe, həm kayak yürüşlərində qaliblər bəlli olacaq. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxacaq. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdirəcək.

Finalda Azərbaycan təmsilçiləri də çıxış edəcək. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparacaq. Kanoeçilərimiz bu gün saat 10:50-də başlayacaq həlledici yürüşdə təmsilçilərimiz 1-ci zolaqda mübarizə aparacaq.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilrin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *