Medal cədvəlinin lideri Azərbaycan: 14 və 15 iyun
14 İyun - Avropa Oyunlarının 3-cü günü Azərbaycan idmançıları üçün kifayət qədər uğurlu olub. AzNews.info xəbər verir ki, gün ərzində Azərbaycan idmançıları daha 6 medal əldə ediblər: 3 qızıl, 1 gümüş və 2 bürünc.
QIZIL:Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Elvin Mürsəliyev (75 kq) Bakı-2015 I Avropa Oyunlarının qızıl medalına sahib çıxıb.
Karatenin kumite növündə 84 kq çəki dərəcəsində Ayxan Mamayev qızıl medal qazanıb.
Qadın karateçilər arasında 68 kq çəki dərəcəsində İrina Zaretska fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala yiyələnib.
GÜMÜŞ: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sabah Şəriəti (130 kq) gümüş medala sahib çıxıb.
BÜRÜNC: Triatlon yarışında Rostislav Pevtsov kişilərin mübarizəsində 3-cü yeri tutaraq bürünc medalı boynundan asıb.
Yunan-Roma güləşi üzrə Həsən Əliyev 66 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb.
NƏLƏR GÖZLƏNİLİR?
Azərbaycanlı idmançıların 15 iyundakı yarış proqramı
Voleybol, saat 22:00
Kristal Zalda keçirilən voleybol yarışında Azərbaycanın qadınlardan ibarət yığma komandası A qrupunda Polşaya qarşı mübarizə aparacaq.
İdman gimnastikası, saat 11:40, 14:30
2015-ci il Avropa Çempionatında fərdi çoxnövçülük yarışında beşinci yeri tutan Azərbaycan idmançısı Oleq Stepko Milli Gimnastika Arenasında çıxış edəcək. Həmçinin, Petro Paknyuk, Eldar Səfərov da arenaya çıxacaqlar.
Qadın idmançılardan isə Yuliya İşina, Marina Nekrasova, Kristina Pravdina təsnifat görüşlərində iştirak edəcəklər.
Su polosu, saat 18:45
Azərbaycan yığması kişilər arasında keçirilən su polosu yarışında B qrupunda Almaniya ilə üzləşəcək.
Güləş, saat 10.00-dan
Güləş üzrə qadınlar arasında 1/8 final mərhələsində yarışlar keçiriləcək. Mariya Stadnik 48 kq çəki dərəcəsində sərbəst üsulla güləşdə Portuqaliya nümayəndəsi Liliana Kosta Dos Santosla vuruşacaq.
Natalya Sinişin 55 kq çəki dərəcəsində İtaliyadan Patrisia Luizzi ilə 1/8 finalda üzləşəcək.
Yuliya Ratkeviç 60 kq çəki dərəcəsində Bolqarıstandan Talbe Yusinlə görüşəcək.
Nadia Muşka isə 69 kq çəki dərəcəsində Rusiyadan Natalya Vorobyova ilə görüşəcək.
Avarçəkmə, saat 14:00-dan
Avarçəkmə üzrə Mingəçevirdə keçiriləcək yarışlarda aşağıdakı Azəebvaycan idmançıları iştirak edəcək:
Mirnazim Cavadov – k kişilər arasında kayak-təkbətək 200 m ilkin oyunlar;
Valentin Demyanenko - kişilər arasında kanoe-təkbətək 200 m ilkin oyunlar;
İnna Osipenko-Rodomska qadınlar arasında kayak-təkbətək;
Sergey Bezuqlıy və Oleksiy Kupin - kişilər arasında kanoe-çütlük yarışlarında ilkin mərhələ.
Mənbə:> AzNews.info