Azarkeşlərin güclü dəstəyi mənə qalib gəlməkdə çox kömək etdi
Dörddəbir finalda məğlub etdiyim yunanıstanlı idmançı ilə ilk dəfə qarşılaşdıq və qələbə qazandım. Yarımfinaldakı rəqibim serbiyalı taekvondoçu isə çox güclü idmançı idi. Əvvəllər Serbiyanın gənclər komandasında çıxış etmiş bu idmançı yaxınlarda ölkəsinin böyüklərdən ibarət komandasına keçib.
Bu sözləri qadınlar arasında taekvondo yarışında birinci Avropa Oyunlarının bürünc medalını qazanmış Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) müsahibəsində deyib.
P.Abakarov bürünc medal uğrunda mübarizədə italiyalı Erika Nikolini böyük hesabla məğlub etməsi ilə bağlı təəssüratlarını bölüşərək bildirib: "Şadam ki, qələbə qazandım. Azarkeşlərin güclü dəstəyini hiss etdim və onlar mənə qalib gəlməkdə çox kömək etdilər. Mən də onların etibarını doğrultdum. Hər kəsə minnətdaram. Ümid edirəm ki, növbəti günlərdə də azarkeşlərin belə böyük dəstəyi olacaq".
Mənbə:> ANSPRESS