Almaniya qadınların stolüstü tennis yarışında ən güclü oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Almaniya qadınların stolüstü tennis yarışında ən güclü oldu – YENİLƏNİB

Almaniya qadınların stolüstü tennis yarışında ən güclü oldu


Avropa Oyunlarında qadınlar arasında stolüstü tennis üzrə komanda yarışları başa çatıb.

Oxu.Az xəbər verir ki, finalda Almaniya millisi Hollandiya yığmasına 3:2 hesabı ilə qalib gəldi. 3-cü yer uğrunda görüşdə Çexiya Ukraynanı 3:1 hesabı ilə məğlubiyyətə uğratdı.

Qeyd edək ki, millimiz 1/8 final mərhələsində Fransaya uduzaraq yarışlardan kənarlaşmışdı.

12:38

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə qadın və kişi komandaları arasında bürünc medal uğrunda final yarışları keçirilir.

Oxu.Az xəbər verir ki, səhər sessiyalarında qadınlar arasında qızıl və bürünc medal qalibi, axşam sessiyasında isə kişilər arasında qızıl və bürünc medal sahibi müəyyən olunacaq.

Hazırda Ukrayna və Çexiya qadın təmsilçiləri arasında üçüncü yer uğrunda mübarizə gedir. Səhər sessiyasının ikinci yarısında Almaniya və Niderland tennisçiləri arasında qızıl medal uğrunda mübarizə aparılacaq.

Axşam sessiyasında isə Almaniya və Avstriya komandaları arasında bürünc, Fransa və Portuqaliya komandaları arasında isə qızıl medal uğrunda mübarizə başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *