Qadın yığmalar stolüstü tenis yarışlarında güclərini yoxlayırlar
İyunun 14-də Almaniya, Rusiya, Fransa, Çexiya, Polşa, Niderland, Ukrayna və İsveçin qadın komandalarının iştirakı ilə stolüstü tennis üzrə yarışların dörddəbir final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, səhər sessiyasının ikinci hissəsində Almaniya, İsveç, Belarus, Fransa, Avstriya, Rusiya, Polşa və Portuqaliyanın kişi komandaları arasında yarımfinalçılar müəyyən olunacaq. Bu mərhələdə qalib gələn komandalar axşam keçiriləcək yarımfinal qarşılaşmalarında üz-üzə gələcək.
Yarışın final oyunları iyunun 15-də keçiriləcək.
Mənbə:> Oxu.Az