Belarus ABŞ-ı darmadağın etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Belarus ABŞ-ı darmadağın etdi

Belarus ABŞ-ı darmadağın etdi


Belarusun milli xokkey komandası Çexiyada keçirilən dünya çempionatında ABŞ yığmasını darmadağın edib.

ANS PRESS-in məlumatına görə, görüş 5:2 hesabı ilə Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi dövlətin komandası demokratiyanın beşiyi sayılan Barak Obamanın ölkəsini məğlubiyyətə uğradıb.

Bu, siyasi sahədə olmasa da, idman sahəsində Belarus millisinin ABŞ üzərində ilk qələbəsidir. Ostrava şəhərində keçirilən görüşün 2-ci hissəsində Belarus millisi 5 dəqiqədə üç qol vurub və bundan sonra ABŞ millisi oyun taktikasını itirib.

Belarus ABŞ üzərində qələbədən sonra, qrupda 3-cü yerə çıxıb və bu komandanın ¼ finala çıxmaq şansını artırıb. Hazırda B qrupuna 10 xalla Belarus başçılıq edir. Finlandiya, Rusiya və ABŞ-ın isə hərəyə 9 xal toplayıb.

Digər komandalar arasında baş tutan qarşılaşmalar belə nəticələnib:

Finlandiya-Sloveniya 4:0,
İsveç-Almaniya 4:3,
Çexiya-Fransa 5:1.

Xatırladaq ki, A qrupunda ilk dördlüyə hələlik Kanada, İsveç, İsveçrə və Çexiya daxildir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *