Cüdoçularımız 4 medal gətirdi
Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışları başa çatıb.
ANS PRESS xəbər verir ki, Azərbaycan idmançıları yarışda 4 medal qazanıblar. İbrahim Bayramlı (50 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 55 kq) və İsmayıl İbrahimov (60 kq) bürünc medallara sahib olublar.
Paşa Əliyev (60 kq) və Nahid Amanov (73 kq) bürünc medal uğrunda görüşlərdə məğlub olaraq, turniri 5-ci pillədə başa vurublar.
Xatırladaq ki, Avropa Kuboku uğrunda 33 ölkədən 687 cüdoçu mübarizə aparıb.
Mənbə:> ANSPRESS