Azərbaycanlı qadınlar voleybolda rumıniyalı rəqiblərini məğlub ediblər
Azərbaycan Bakı 2015 ilk Avropa Oyunlarında voleybol üzrə yarışları Rumıniya üzərində 3-1 hesabı ilə qələbə qazanaraq tamamlayıb.
AzNews.info xəbər verir ki, Bakı kristal Zal 1-də baş tutmuş yarışlarda milli yığma ilk hissəni 25-20, ikinci hissəni isə 25-18 hesabı ilə qazanaraq rəqibləri ilə mübarizəni uğurla davam etdirib.
Azərbaycan komandası yarışlarda ilk oyuna A qrupunda qərarlaşaraq başlayıb. Yerli azarkeşlərin güclü dəstəyi azərbaycanlı idmançıları yekun hissədə 25-15 qələbəyə səsləyib. Bu barədə azərbaycanlı baş məşqçi Aleksandr Çervyakov belə deyib:
Biz çoxdandı belə böyük və həvəsli azarkeşlər qarşısında oynamırdıq. Bu səbədən, biz necə yaxşı oynadığımızı nümayiş etdirmək və azarkeşlər qarşısında qalib gəlmək üçün əlimizdən gələni etdik.
-Aleksandr Çervyakov
-Aleksandr Çervyakov
Rumıniya yığması isə üçüncü setdə qalib gəlməklə müqavimət göstərməyə davam edib.
Yarışlarda komandaya ən çox xal qazandıran voleybolçu Polina Rəhimova olub. 33 xal ilə yığmanı qələbəyə aparan Rəhimova, oyunlararası səslənən milli musiqinin onu ruhlandırdığını deyib.
Rio 2016 Olimpiya Oyunları üçün vəsiqə qazanmağı hədəfləyən almanlar, güclü Bolqarıstan komandasına qalib gəlmək üçün oyunlara əvvəldən ciddi hazırlaşıblar.
Günorta saatlarınadək davam edən yarışların B qrupunda Almaniya Bolqarıstanı 3-2 hesabı ilə məğlub edib. Belə ki, almanlar ilk seti 25-22 hesabı ilə, üçüncü hissəni 25-10, dördüncü hissəni isə 28-26 hesabı ilə öz xeyrinə bitirərək beşinci yekun hissədə rəqibəri üzərində 15-10 xal hesabı ilə qələbə qazanıb.
Əldə olunmuş nəticədən olduqca razı qalan alman yığmasının kapitanı Marqareta Kozuç, qalibiyyətlərini davam etdirmək niyyətində olduqlarını bildirib.
Mənbə:> AzNews.info