Qadın güləşçimiz medalını körpə qızına həsr etdi
"Birinci Avropa Oyunlarında qazandığım bürünc medalı ailəmə, evdə məni gözləyən körpə qızıma həsr edirəm".
Bu sözləri “Bakı-2015” ilk Avropa Oyunlarında Azərbaycana bürünc medal qazandıran qadın güləşçimiz Nataliya Sinişin deyib.
O, əsas məqsədinin qızıl medal qazanmaq olduğunu bildirsə də, belə mötəbər yarışın mükafatçıları sırasında yer almasını böyük müvəffəqiyyət kimi dəyərləndirib. Güləşçimiz yarışda azarkeşlərin gücü dəstəyinə görə minnətdarlığını bildirərək deyib: "Azarkeşlərimizin dəstəyi çox möhtəşəm idi. Bu cür dəstək və alqışlar bizə qələbə qazanmaqda çox kömək edir. Xalça üzərində hər bir görüş prinsipial xarakter daşıyır. Çünki bu, idmandır və hər kəs medal qazanmaq üçün mübarizə aparır”.
Mənbə:> ANSPRESS