Şokaladlı "Bakı 2015" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Şokaladlı "Bakı 2015"

Şokaladlı "Bakı 2015"


Bu dəfə Avropa Oyunları şokaladan hazırlanmış rəsmdə öz əksini tapdı. Bakıda sərgisi keçirilən “Nikolya” Şokolad Muzeyində müəllifi Nikolay Papovun xüsusi olaraq Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsminin təqdimatı oldu.

Birinci Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsim tablosu müəllifin ən böyük işidir. Məhz müəllif bunu Bakda hazırlayıb. Və onun hazırlanmasına ümumilikdə 215 kiloqram şokaladdan istifadə edib.

Tabloda Avropa Oyunlarının loqosu ilə yanaşı Azərbaycan bayrağı, gerbi və oyunlarını atributları da öz əksini tapıb.

Sərgidə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müəllifin bu işini yüksək qiymətləndirərək onunun incəsəntlə idman arasındakı əliqənin simvolu adlandırdı:

Dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş “Nikolya” Şokolad Muzeyinin müəllif sərgisini Bakı şəhərində ilk həftədən 10 mindən çox insan izləyib.

200 kvadratmetrlik məkanda nümayiş olunan sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq 250-dən çox yüksək keyfiyyətli şokolad məmulatları, o cümlədən marsipan heykəllər, şokolad tablolar, miniatürlər, kompozisiyalar nümayiş etdirilir.

Sərgidə həmçinin şokoladın tarixi barədə maraqlı faktlarla tanış olmaq mümkündür. Məşhur şokolad ustası Nikolay Popov bu sərgi üçün Azərbaycana və paytaxtımıza həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb.

Bu sırada 70 kiloqramdan artıq “Qız qalası”, Muzey Mərkəzi, “Alov qüllələri”, şokolad manqal və digər əsərlər yer alıb.

Şokalad sərgisi iyun ayının 28-nə qədər davam edəcək.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *