İlk Avropa Oyunlarına həsr olunmuş pul nişanları buraxıldı
Azərbaycan Respublikasının Mərkəzi Bankı ilk Avropa Oyunlarının tariximizdə həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxıb.
Bankdan Trend-ə verilən məlumata görə, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb.
Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks edilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb.
Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.
Mənbə:> Trend