Bakıda şokolad sərgisi
“Qafqazinfo” xəbər verir ki, sərginin açılışı mayın 15-də Muzey Mərkəzində olub.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev qeyd edib ki, sərgidə ümumi çəkisi 700 kiloqramdan çox olan 250-dən artıq yüksək keyfiyyətli şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar nümayiş etdirilir. Burada, həmçinin şokoladın tarixi ilə tanış olmaq mümkündür.
Beş il ərzində sərgiyə tamaşa edənlərin ümumi sayı 500 min nəfəri keçib.
Biletin qiyməti böyüklər (18 yaşından yuxarı) üçün 7 manat, məktəb yaşlı uşaqlar (6 yaşından 18 yaşınadək) üçün 3 manatdır. Altı yaşınadək uşaqlar üçün giriş pulsuzdur. Çoxuşaqlı ailələrə və 15 nəfərlik qruplara güzəştlər nəzərdə tutulub.
Sərginin hər bir tamaşaçısı üçün bir neçə növ şokoladın pulsuz dequstasiyası təşkil ediləcək.
Sərgi iyunun 28-dək davam edəcək.
Mənbə:> Qafqazinfo.az