Diqqət! Şokoladın insan orqanizminə təsirləri – VİDEO
Şirniyyatı həddindən artıq yeyəndə orqanizmdə müxtəlif problemlər yaranmış olur.
ANS TV-nin məlumatına görə, uşaqların çox sevdikləri, çayın yanından əskik olmayan dadlı şirniyyatlar əslində elə onların özü üçün ən təhlükəli qidalardan biridir. Həddindən artıq şokolad yedikdə, bir çox problemlər meydana çıxır ki, bunlar zaman-zaman orqanizmi zəhərləmiş olur.
Həkimlərin sözlərinə görə, azyaşlı uşaqlara şəkər xəmirindən hazırlanan şirniyyatların yedizdirilməsinin ziyanı xeyirindən daha çoxdur və onlar azyaşlıların səhhətində ciddi problemlər yarada bilər.
Belə qidanın müntəzəm istifadəsi insanlarda aludəçəlik yaratmaqla yanaşı, sağlam qidaya olan həvəsi də öldürür, işdahsızlıq yaradır. Amma misal üçün, şokolad bəzi alimlərin fikrincə, hamilləlik dövründə uşağın sağlamlağına müsbət təsir göstərir.
Şirniyyatı xoşlayan uşaqlar daha şən, fəal və zirək böyüyür. Onun tərkibində olan antioksidanlar xərçənglə mübarizədə faydalıdır. Amma nə qədər faydalı olsa da, bu qida, artıq yeyiləndə zərər verir o da.
Mütəxəssislər deyir ki, şokoladı gün ərzində 25 qramdan artıq yedikdə ziyan verir. Hər halda, uşaqları və özünüzü gözləyin ki, yedikləriniz orqanizminizə ziyandan yox fayda versin.
Mənbə:> ANSPRESS