Rusiya ABŞ-ı darmadağın etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Video

Rusiya ABŞ-ı darmadağın etdi – VİDEO

Rusiya ABŞ-ı darmadağın etdi


Bu gecə Praqada keçirilən xokkey üzrə dünya çempionatında yarımfinal oyunları baş tutub.

Oxu.Az xəbər verir ki, ilk yarımfinal görüşündə Kanada yığması meydan sahibləri çexləri 2:0 hesabı ilə məğlub edib.

İkinci yarımfinalda isə əzəli rəqiblər – Rusiya və ABŞ qarşılaşıblar. İlk iki hissə 0:0 hesablı heç-heçə ilə başa çatıb. Komandasını dəfələrlə real qoldan xilas etmiş Rusiya qapıçısı Sergey Bobrovski fərqlənib. Üçüncü hissədə hesabı açan Sergey Mozyakina ötürməni də məhz o edib.

Buraxılmış qoldan sonra amerikalılar oyun tempini zəiflətdilər və nəticədə Aleksandr Oveçkin, Vadim Şipaçev və Yevgei Malkindən daha 3 qol buraxdılar – yekun nəticə 4:0.

Final bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bundan bir qədər əvvəl isə Çexiya və ABŞ yığmaları üçüncü yer uğrunda mübarizə aparacaqlar. Bu görüş 19:15-də başlayacaq.

Rusiya-ABŞ matçında vurulan qolların görüntülərini təqdim edirik.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *