"Bavariya" "Barsa"dan qisas aldı, amma... » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Bavariya" "Barsa"dan qisas aldı, amma...

"Bavariya" "Barsa"dan qisas aldı, amma...


Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

ANS PRESS-in məlumatìna göre, yarımfinal mərhələsinin cavab oyununda "Bavariya" və "Barselona" komandaları qarşılaşıblar.

Oyuna meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Benatia fərqlənib. Lakin 15 və 29-cu dəqiqələrdə Neymarın dublu sayəsində kataloniyalılar önə keçiblər.

59-cu dəqiqədə Levandovski, 74-cü dəqiqədə isə Müller almanlara ümid verib- 3:2. Lakin ilk görüşdə 0:3 hesabı ilə məğlub olan "Bavariya"ya finala çıxmaq üçün bu hesab yetərli olmayıb.

Beləliklə, "Barselona" finala yüksələn ilk komanda olub. Sabah "Real" birinci oyunda 1:2 hesabı ilə məğlub olduğu "Yuventus"u qəbul edəcək


Çempionlar Liqası
1/2 final
Cavab oyunu

12 may
23.45 Bavariya (Almaniya) - Barselona (İspaniya) 3:2
Qollar: Medhi Benatiya, 7. Robert Levandovski, 59. Tomas Müller, 74 - Neymar, 15; 29.
İlk oyun - 0:3.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *