"Barselona" və "Poru" yarımfinalın bir addımlığnda
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə daha iki matç baş tutub.
Gecənin ən maraqlı qarşılaşması Parisdə keçirilib. Fransa çempionu PSJ "Barselona"nı sınağa çəkib. Qrup mərhələsində bir-birinə rəqib olan komandaların bu dəfəki duelində 4 qol vurulub və "Barselona" 3:1 hesablı qələbə zanıb. Kataloniya klubunun heyətində Luis Suares dubl edib, Neymar bir qol vurub. PSJ-nin qoluna isə Qreqori van der Viel imza atıb.
Günün ikinci oyununda "Portu" "Bavariya"nı qəbul edib. Bu matç da eyni hesabla bitib - 3:1. "Portu"da Rikardo Kuareşma dubl edib. Digər qolu isə Cekson Martines rəqib qapısından keçirib. "Bavariya"nın təsəlli qolunu Tyaqo Alkantara vurub.
Qeyd edək ki, mərhələnin ilk iki oyunu bir gün əvvəl keçirilib. "Atletiko" (İspaniya) - "Real" (İspaniya) oyunu 0:0, "Yuventus" (İtaliya) - "Monako" (Fransa) matçı isə 1:0 hesabı ilə başa çatıb.
Çempionlar Liqası
1/4 final
İlk oyunlar
15 aprel
PSJ (Fransa) - Barselona (İspaniya) 1:3
Qollar: Qreqori van der Viel, 82 - Neymar, 18. Luis Suares, 67; 79.
Hakimlər: Mark Klattenburq, Simon Bek, Jake Kollin, Stuart Burt (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (İngiltərə).
Paris. "Parc des Princes".
Portu (Portuqaliya) - Bavariya (Almaniya) 3:1
Qollar: Rikardo Kuareşma, 3-pen; 10. Cekson Martines, 65 - Tyaqo Alkantara, 28.
Hakimlər: Karlos Velasko Karballo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero (İspaniya).
Əlavə köməkçi hakimlər: Karlos Del Kerro, Xesus Gil Manzano (İspaniya).
Portu. "Estadio do Dragao".
Mənbə:> ANSPRESS