Madriddə səssiz gecə, Turində 1 qol
Çempionlar Liqasının 1/4 final mərhələsinə start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki matç baş tutub.
Gecənin və mərhələnin ən maraqlı qarşılaşması Madriddə keçirilib. Ötən mövsümkü finalçılar - "Atletiko" və "Real" bu dəfə 1/4 finalda üz-üzə gəlib. Madrid klubları meydandan qolsuz bərabərliklə ayrılıb.
Gecənin digər oyununda "Yuventus" "Monako"nu qəbul edib. "Yuventus" stadionunda keçirilən İtaliya və Fransa klublarının oyununda 1 qol qeydə alınıb. Arturo Vidalın 57-ci dəqiqədə penaltidən vurduğu qol "Yuventus"a qələbə qazandırıb.
Qeyd edək ki, mərhələnin digər iki oyunu sabah keçiriləcək. PSJ (Fransa) "Barselona"nı (İspaniya), "Portu" (Portuqaliya) isə "Bavariya"nı (Almaniya) qəbul edəcək.
Çempionlar Liqası
1/4 final
İlk oyunlar
14 aprel
Atletiko (İspaniya) - Real (İspaniya) 0:0
"Yuventus" (İtaliya) - "Monako" (Fransa) 1:0
Qol: Arturo Vidal, 57
Mənbə:> ANSPRESS