Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab oyunları » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab oyunları – NƏTİCƏLƏR + VİDEO

Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab oyunları


Dünən Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, oynanılan 2 qarşılaşmadan sonra ilk iki yarımfinalçı müəyyənləşib.

“Barselona” doğma meydanda PSJ-ni qəbul edib. İlk görüşdə 3:1 hesablı qələbə qazanan kataloniyalılar bu oyunda da qalibiyyəti əldən verməyiblər. “Barselona” 2 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.
Digər oyunda "Portuqaliyada gözlənilmədən rəqibinə uduzan “Bavariya” öz meydanında həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Bavariya" evdə "Porto"nu 6:1 hesabı ilə darmadağın edib.



Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

21 aprel

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 2:0
Qollar: Neymar, 14; 34

Baş hakim: Sveyn Oddvar Moen (Norveç)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun: 3:1

“Bavariya” (Almaniya) – “Porto” (Portuqaliya) - 6:1
Qollar: Alkantara, 14; Boatenq, 23; Levandovski, 27; 40; Tomas Müller, 36; Xabi Alonso, 88 - Martines, 73

Baş hakim: Martin Atkinson (İngiltərə)
Münhen. “Alyans Arena”
İlk oyun: 1:3

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *